Türkiyə Superliqasının 10-cu turunda "Rizəspor"la matçda zədələnən "Qalatasaray"ın Şener Özbayraklının son durumu müəyyənləşib.

 

Bu barədə klubun həkimi Yener İnce "GS TV"yə açıqlamasında bildirib. O, sağ ayaq əzələsində problem olan 29 yaşlı müdafiəçinin 6-8  həftə yaşıl meydanlardan uzaq qalacağını söyləyib.

 

 
Qeyd edək ki, Ş.Özbayraklı bu ilin yayından İstanbul təmsilçisində oynayır.